17:17
(077) 610-22-33

Başçının müavini yoxa çıxıb – Şamaxıda nə baş verir?

  • >
455 9 Yanvar 2014 09:44 | Hadisə

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov işdən çıxarılıb və bu xəbərdən sonra onun halı pisləşib.

Şamaxı sakinlərindən AzNews.az-a daxil olan məlumata görə, Əşrəf Şükürova işdən qovulması ilə bağlı məlumat məzuniyyətdən qayıdandan sonra bildirilib və iş otağını tərk etmək tapşırılıb. Bunu eşidən Ə. Şükürovun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Hazırda da o, xəstəxanada müalicə olunur. Məlumatda o da qeyd olunub ki, Ə. Şükürov 20 il bu vəzifədə çalışıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən faktı dolayısıyla təsdiqləyiblər. Adını demək istəməyən İcra Hakimiyyətinin əməkdaşı (Əlaqə saxladığımız nömrə - 020 265 15 66) AzNews.az-a bildirilib ki, Əşrəf Şükürov artıq 20 günə yaxındır işə gəlmir: "Onun işə dönməməsinin səbəbləri barədə bizdə heç bir məlumat yoxdur. O bizə məlum olmayan səbəblərdən işə çıxmır və hazırda onun harada olduğu bizə məlum deyil".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X