22:21
(077) 610-22-33

“Lexus” işıq dirəyini yerindən çıxardı- FOTO

  • >
364 10 Yanvar 2014 09:58 | Hadisə

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Heydər Əliyev prospektinin "Şəfa" stadionunun qarşısından keçən hissəsində "Lexus" markalı avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin gücündən iri işıq dirəyi yerindən çıxıb və yolun hərəkət zolağına düşüb. "Lexus"da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzaya səbəb digər bir avtomobilin arxadan "Lexus"a çırpılması olub. Sürücünün idarəetməsindən çıxan avtomobil yolun ortasındakı dirəyə çırpılıb. Dirəyin prospektin ortasına düşməsi isə daha 2 avtomobilin əzilməsinə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.(lent.az)
Bağla X