04:48
(077) 610-22-33

2 yaşayış məntəqəsinə təbii qaz verildi

  • >
312 16 Yanvar 2014 13:55 | Hadisə


Yanvarın 16-da Zərdab rayonunun Gəlmə və Salahlı kəndlərinə təbii qaz verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 540 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34,8 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 540 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az
Bağla X