- Köhnə - Hadisə
- 17 Yanvar 2014 08:10
- 1 310
20 Yanvarla bağlı Avropa Parlamentinə müraciət ünvanlandı
Konqresdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub.
Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb.
Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.
AzNews.az