05:00
(077) 610-22-33

Bakı-Qazax yolunda ZƏNCİRVARİ QƏZA

  • >
434 18 Yanvar 2014 19:08 | Hadisə

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib

Bakı-Qazax yolunun 134-ci km-də Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində 3 avtomobil toqquşub. Hacıqabul rayonun Muğan qəsəbə sakini, 1989-cu il təvəllüdlü Xəlilov Elnur Nəhalət oğlu idarə etdiyi Mercedes markalı 10 PT 451 nömrəli avtomobillə Bakı istiqamətində hərəkətdə olan zaman düzgün ötmə əməliyyatı edə bilmədiyi üçün Kürdəmir rayon sakini Vahidov Vidadi Yunus oğlunun idarə etdiyi Mercedes markalı avtomobili arxadan vurub. Daha sonra Gəncə sakini Məmmədov Mərdan Müxtəsər oğlunun idarə etdiyi Hyundai markalı 90 NT 308 nömrəli avtomobilə çırpılaraq onu yoldan çıxarıb. Zərbənin gücündən maşınlar aşaraq yararsız hala düşüb. Hadisə zamanı Elnur Xəlilov və Mərdan Məmmədov xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

APA TV-nin xəbərinə görə, faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


AzNews.az
Bağla X