- Köhnə - Hadisə
- 21 Yanvar 2014 10:04
- 1 930
15 yaşlı “sürücü“ qəza törətdi: yaralılar var
AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qapanlı kənd sakini 15 yaşlı yeniyetmə atasına məxsus "VAZ 2106" markalı avtomobili icazəsiz sürərək həmyerliləri 15 yaşlı Röyal Məmmədovu və 10 yaşlı Ramin Məmmədovu vurub.
Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Röyal Məmmədovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə köçürülüb. Digər yaralının müalicəsi isə yerli xəstəxanada davam etdirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
AzNews.az