- Köhnə - Hadisə
- 22 Yanvar 2014 19:53
- 2 865
Bir sutkada 3 zəhərlənmə: 2 ölü, 1 yaralı - VİDEO
Daha bir dəm qazından boğulma hadisəsi Siyəzən rayonunda baş verib. Rayonun 12-ci yaşayış massivində yaşayan 34 yaşlı hamilə qadın Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğularaq ölüb. Hadisə baş verən ünvanda aparılan araşdırmalar zamını hamam otağına dəm qazının sızması faktı qeydə alınıb.
Əhali mavi yanacaqla təmin edən "Azəriqaz" istehsalat birliyindən qətiyyətlə bildirirlər ki, boğulma halları dəm qazından istifadə zamanı təhlükəsizlik tədbirlərinin nəzərə alınmaması səbəbindən baş verir. Baxmayaraq ki, mütəmadi olaraq maarifləndirmə işləri amma nəticə dəyişmir.
Gözlü qaz sobasi evi isitmək üçün deyil, Bunu birdəfələik bilmək lazimdir, çünki ondan istifadə qisa müddətli olmalidir Ümumiyyətlə qaz sobalar gecə boyunca nəzarətsiz qalmamalidir. Hamam otaqlarında dəliklər qoyulmalidir, bacalar təmizlənməli, ondan istifadə qısa müddətli olmalidir.
Elə təkcə bu ilin yanvar ayi ərzində 20 nəfər dəm qazından zəhərlənib. Bu rəqəm başa çatmamış bir ay üçün çox böyük göstəricidir.
AzNews.az