- Köhnə - Hadisə
- 28 Yanvar 2014 17:50
- 3 081
Xırdalanda polis işçisi intihar edib
Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospekti ev 1, mənzil 277 də qeydə alınıb.
Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Rauf oğlu Novruzov yaşadığı evin çilçırağından özünü asaraq intihar edib.
Prokurorluqdan bildirilib ki, R. Novruzov Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri işləyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az