25 dərəcə şaxta gözlənilir 25 dərəcə şaxta gözlənilir

Fevral ayına olan hava proqnozu

25 dərəcə şaxta gözlənilir


Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.

Ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4°-dək isti təşkil edəcək.

Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti, ayın sonunda 14°-dək yüksələcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 mm) olacağı gözlənilir.

AzNews.az