16:52
(077) 610-22-33

Xəzərin hüquqi statusu niyə müəyyənləşmir? – Açıqlama

  • >
871 30 Yanvar 2014 12:22 | Hadisə


"Xəzərin hüquqi statusu ilə bağlı ciddi irəliləyişlər gözləmirəm".


AzNews.az-ın məlumatına görə, bunu Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov Astanada keçirilən Xəzər dənizinin hüququ statusu ilə bağlı İşçi Qrupun növbəti görüşünü şərh edərkən bildirib.

O deyib ki, hazırda bu məsələdə Rusiya-İran əməkdaşlığı davam edir və belə olan təqdirdə proseslər onların maraqlarına işləyir:

"Yəni, İran Rusiya qarşısında istənilən şərti irəli sürür və buna nail olur. Rusiya da bu maraqlara qarşı çıxa bilmir. Bir şeyi bilməliyik ki, bu gün İranda geosiyasi vəziyyət dəyişərsə və İran Qərbə inteqrasiya edərsə, bu, Xəzərin hüququ statusu məsələsinə də təsirsiz ötüşməyəcək. Bu, həm də İranın Rusiya ilə münasibətlərində də dəyişikliyə gətirib çıxaracaq".

Ekspert yaxın vaxtlarda Xəzərin hüququ statusu ilə bağlı irəliləyişin olacağına ümid etmədiyini də söyləyib:

"Hətta, Rusiyada planlaşdırılan Xəzərin hüququ statusu ilə bağlı dövlət başçılarının Sammitinin göstərilən tarixdə keçiriləcəyinə də şübhə ilə yanaşıram".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X