Bakıda partlayış baş verdi: yaralılar var- VİDEO

Paytaxtın Nərimanov rayonu İslam Abışov küçəsi mənzil 25 /4-də qaz sızması nəticəsində mənzildə partlayış baş verib.

Hadisə ev sahibi Şirzad Əmiraslanov mətbəxə keçərək qaz sobasını yandırmaq istəyərkən baş verib. Nəticəddə ev sahibi və onun oğlu müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Evin dam örtüyü isə yararsız vəziyyətə düşüb. Lakin hadisənin mənzil sahibinin günahı ucbatından baş vermədiyini FHN- də təsdiq edir. Buna səbəb kimi evin yaxınlığından qaz kəmərinin keçdiyi bilidirilir. Elə partlayışa səbəbdə evdə həddindən artıq metan qazının dolması göstərilir. Hadisənin dəqiq baş vermə səbəbi araşdırmaların sonunda məlum olacaq.(anspress)