23:22
(077) 610-22-33

“Türkan Telekom“da korrupsiya faktı aşkarlandı

  • >
644 30 Yanvar 2014 13:42 | Hadisə

"Türkan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az
Bağla X