11:20
(077) 610-22-33

Bir ailənin 4 üzvü zəhərləndi

  • >
790 1 Fevral 2014 08:59 | Hadisə

Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi.

Təcili Tibbi Yardım Stansiyasından AzNews.az bildirilib ki, hadisə bu gecə saat 3:45 radələrində Sabunçu rayonu Yeni Ramanı qəsəbəsində baş verib.

Nəticədə Qasımzadə Cavid 11, Qasımzadə Adilə 21, Qasımzadə Nuranə 25, Həsənova Aygül 45 yaşında ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobili ilə Taksikologiya Mərkəzinə yerləşdirilib.

Ümumilikdə stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 13 nəfər müraciət edib, onlardan da 9-u xəstəxanaya çatdırılıb.

Amid
AzNews.az
Bağla X