01:30
(077) 610-22-33

5082 nəfərin yenidən tələbə olmaq şansı var

  • >
435 21 Avqust 2012 10:08 | Hadisə

Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə keçiriləcək müsabiqədə iştirak etmək üçün 5082 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, onlardan 4686-sı Azərbaycan, 1396-sı rus bölməsi üzrədir. I ixtisas qrupu üzrə 1198, II qrup üzrə 911, III qrup üzrə 2278, IV qrup üzrə isə 695 nəfər ərizəsini təsdiqləyib.


Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci, ali təhsil müəssisələrindəki boş yerlərin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.


Qeyd edək ki, 2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub. 2000-dək vakant yer qalıb. Vakant yerlərə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq.


Sevinc

AzNews.az

Bağla X