15:09
(077) 610-22-33

Bakıda metroda faciə: 25 yaşlı oğlan qatarın altında qaldı- (Yenilənib- 2)

  • >
2 240 5 Mart 2014 16:50 | Hadisə

Bu gün "Bakı Metropolitenin" Ulduz stansiyasında bədbəxt hadisə baş verib.

AzNews.az xəbər verir ki, hadisə saat 17.00 radələrində qeydə alınıb.

Stansiyada 20-25 yaşlarında oğlan özünü perrona daxil olan qatarın altına atıb.

Hadisə zamanı ağır bədən xəsarəti alan gənc Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilib. (17.40)

***

Bakı Şəhər Təcili və Təxirə salınmaq Tibbi Yardım stansiyasından AzNews.az-a verilən məlumata görə, hadisə zamanı intihara cəhd edən 20- 25 yaşlı şəxsin sağ qolu bədənindən ayrılıb.

Onun baş nahiyəsində də ciddi travmaların olduğu müşahidə olunur.

İnstitutdan isə AzNews.az-a bildirilib ki, daxil olan yaralının vəziyyəti ağırdır. Onun üzərində cərrahiyə əməliyyat aparılır.


Amid
AzNews.az
Bağla X