03:36
(077) 610-22-33

Bakıda daha bir ticarət mərkəzində yanğın- FOTOLAR (Yenilənib)

  • >
2 608 14 Mart 2014 08:37 | Hadisə

AzNews.az-ın məlumatına görə, bu gün saat 08.00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Moskva" Univermağında yanğın başlayıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub.

Qeyd edək ki, martın 12-də isə analoji yanğın hadisəsi paytaxtın "Sahil" ticarət mərkəzində də baş vermişdi.(09:01)

***

"Moskva" Univermağında başlayan yanğın söndürülüb. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları deyib ki, ilkin ehtimala görə, yanğın hadisəsi ticarət mərkəzinin 3-cü mərtəbəsində - geyim satılan bölmələrdə başlayıb. Hadisəyə səbəb elektrik naqillərinin qısaqapanması olub.

Univermaqda ticarətlə məşğul olan sahibkarlar hazırda hadisə yerində olsalar da, onlar içəriyə buraxılmırlar.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları da hadisə yerindədirlər. Stansiyadan AzNews.az-a bildirilib ki, yanğın zamanı xəsarət alan yoxdur. Zəhərlənmə halı da qeydə alınmayıb.

Amid
AzNews.az
Bağla X