- Köhnə - Hadisə
- 18 Mart 2014 08:25
- 4 321
Salyanda avtoqəza: polis zabiti öldü
APA-nın Mil-Muğan bürosuna Salyan polis şöbəsindən verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində Salyan rayonunun Yeni Uluxanlı kəndi ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.
"Mercedes-Benz" markalı "99 CZ 678" dövlət nömrə nişanlı avtomobili idarə edən Salyan rayon Qarabağlı kənd sakini polis zabiti, polkovnik-leytenant, 1959-cu il təvəllüdlü Məmmədağa Nəriman oğlu Qəhrəmanov sərt döngədə avtomobili ağaca çırparaq aşırıb. Nəticədə polis zabiti aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qeyd edək ki, Məmmədağa Qəhrəmanov Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışırdı.
Faktla bağlı Salyan rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AzNews.az