20:46
(077) 610-22-33

Sərnişin avtobusunun iştirakı ilə avtoqəza- FOTO

  • >
596 18 Mart 2014 09:51 | Hadisə

Bakıda minik avtomobili ilə avtobus toqquşub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobusun toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün saat 06:19-da "112 Xidməti"ə Xəzər rayonu Türkan qəsəbəsindən Xaşaxana bağlarına gedən avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Suraxanı rayonu və Mərdəkan qəsəbəsi üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədyar oğlunun idarə etdiyi "Mercedes" markalı, 20-CH-329 dövlət nömrə nişanlı minik avtomobili ilə 1955-ci il təvəllüdlü Cəbrayılov Məhəbbət Novruz oğlunun idarə etdiyi "Daewoo" markalı, 10 TE 337 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Avtomobillərin deformasiyası nəticəsində "Mercedes" markalı avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə qalıb və oradan çıxmaq iqtidarında olmayıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.

AzNews.az
Bağla X