10:31
(077) 610-22-33

70 hakim məhkəmə sistemindən kənarlaşdırıldı

  • >
1 369 18 Mart 2014 16:40 | Hadisə

Məhkəmə-Hüquq Şurasının Ali və Apellyasiya məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib. İclas müxtəlif texnoloji yeniliklər sınaq rejimində tətbiq edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilib.

Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ictimai həyatın bütün sahələrində nailiyyətlər qazandığını bildirib. .

İclasda qarşıda duran vəzifələr müzakirə edilib. Bildirilib ki, ölkədə mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin sayının ilbəil çoxalmasına səbəb olub. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli mübahisələrin sayı 8 dəfə artıb.

Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb, hakimlər barədə 161 intizam icraatı başlanıb.

Məhkəmə hakimiyyətinin özünüidarə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılmış və ötən il qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Yeni qanunvericiliyə əsasən Şuranın fəaliyyət mexanizmləri müasirləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatı müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilmiş, ilk dəfə olaraq hakimlərin ezam olunması institutu təsbit edilib.

İclasda qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmələr tərəfindən yol verilən xarakterik nöqsanlara toxunaraq onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi, bu sahədə əlavə mexanizmlərin müəyyən olunması və vahid məhkəmə təcrübəsinin formalaşması üzrə işləri vurğuyıb.

Tədbirdə həmçinin, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib.

2013-cü – İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən elektron sənəd dövriyəsi və idarəetmə, "SMS bildiriş" proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması qeyd olunub.

Çıxış edən Prezident Admnistirasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd edib, ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habelə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, sınaq rejimində tətbiq edilən texnoloji yeniliklərin "elektron məhkəmə" informasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini bildirib.

Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanıb.

AzNews.az
Bağla X