05:49
(077) 610-22-33

Sumqayıt şəhərində zəncirvari qəza baş verib

  • >
635 27 Mart 2014 23:13 | Hadisə

Sumqayıt şəhərinin Vaqif Axundov küçəsində zəncirvari qəza baş verib.

Hadisə zamanı 7 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək ilk öncə yolun kənarında hərəkətsiz dayanan "Kamaz" markalı yük avtomobilinə, o da öz növbəsində qarşıda hərəkətsiz halda dayanmış "VAZ 21 015" markalı minik avtomobilinə çırpılıb. Avtoqəza nəticəsində avtobusda olan sürücü və sərnişinlər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə sərnişin avtobusu yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirib.

Sumqayıt şəhər xəstəxanasının travmatologiya şöbəsindən bildirdilər ki, qəza zamanı 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya qəbul edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Qəzanın dəqiq səbəbləri Sumqayıt şəhər Yol Polisi İdarəsinin araşdırmasından sonra məlum olacaq.(ANS TV)

Bağla X