21:05
(077) 610-22-33

Qarlı hava bölgələrdə fəsadlara səbəb oldu - FOTO

  • >
1 096 30 Mart 2014 14:22 | Hadisə

Gədəbəy rayonunun dağ kəndlərində qarın qalınlığı 40 sm-ə çatıb


Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gədəbəydə yolları qar və buzdan təmizləmək üçün rayonun müxtəlif istiqamətlərinə 5 ağır texnika, 20-dən artıq canlı qüvvə cəlb olunub. "Azəryolservis" ASC tərəfindən gondərilən qum və duz qarışığı yollara səpilir. Gədəbəy-Şınıx avtomobil yolunda təhlükəsizlik tədbirləri görülür.


Güclü qar səbəbindən 10-a yaxın kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon FHK-nın sədri Qüdrət Paşayevin sözlərinə görə, işığın kəsilməsinə səbəb naqillərdə yaranan qısaqapanmadır. Yaxın bir saat ərzində fəsadlar tam aradan qaldırılaraq bütün kəndlərə enerji verilişi bərpa olunacaq.

Qarlı hava şəraiti Şəmkirdə də bir sıra fəsadlar törədib.
Ötən gün axşam satlarından başlayaraq qərb bölgəsində müşahidə olunan qarlı hava Şəmkir rayonunun elektrik təsərrüfatında bir sıra fəsadlar yaradıb. Naqillərda baş verən qısaqapanmalar nəticəsində rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Şəmkir elektrik şəbəkəsindən verilın məlumata görə, güclü qar və küləkli hava 30-a yaxın elektrik dirəyini aşırdıb.

Qeyri-sabit hava şəraiti rayonun avtomobil yollarında da müəyyən çətinliklər yaradıb. Şəmkir-Gədəbəy avtomobil yolunda duman olduğundan hərəkət tam məhdudlaşdırılıb. Hazırda rayon FHK dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində movcud olan körpü keçidlərində yollar buz bağladığından uzun tıxaclar yaranıb, hazırda "Azeryolservis"in əməkdaşları hərəkətin bərpa olunması istiqamətində iş aparırlar.

Dağ rayonu olan Daşkəsəndə də qarlı hava müşahidə olunur.

Daşkəsən rayon FHK-dan verilən məlumata görə, rayon mərkəzində qarın qalınlığı 10, dağ kəndlərində isə 20 sm-ə çatıb. Buna baxmayaraq, müvafiq strukturların həyata keçirdikləri tədbirlər nəticəsində yollarda hərəkət tam təmin olunub, yalnız bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda fəsadlar tam aradan qaldırılıb.

AzNews.az
Bağla X