04:05
(077) 610-22-33

Bakıda axtarışda olan iki nəfər tutuldu

  • >
628 31 Mart 2014 08:11 | Hadisə

Polis Bakıda axtarışda olan iki şəxsi yaxalayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Manaf Paşayev tutulub.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ramin Cəfərli tutulub.

AzNews.az
Bağla X