22:43
(077) 610-22-33

Dəməşqdə ardıcıl 2 terror -Video

  • >
702 29 Avqust 2012 09:05 | Hadisə

12 nəfər öldü, 50 nəfər yaralanıb



Dəməşq ətrafında iki terror aktı törədilib. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, dəfn mərasimi zamanı törədilən qoşa terror aktı zamanı 12 nəfər həyatın itirib 50 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər və yaralananlar arasında azyaşlı uşaqların da olduğu bildirilir.

Terror aktının avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi ilə törədildiyi qeyd edilir. Partlayıcının 40 kiloqram trotil ekvivalentində olduğu və partlayış nəticəsində avtomobilin parça-parça olduğu bildirilir. Birinci partlayışın ardınca növbəti partlayışın olması ölən və yaralıların sayının artmasına səbəb olub. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib.



Sadiq
AzNews.az
Bağla X