02:11
(077) 610-22-33

28 yaşlı qadın müəmmalı şəkildə ölüb

  • >
659 2 Aprel 2014 18:04 | Hadisə

Bakıda 28 yaşlı qadın müəmmalı şəkildə ölüb.

Bakı şəhərinin Nəsimi rayonunda müəmmalı ölüm hadisəsi baş verib. Akademik Qarayev küçəsi 33 ünvanından 1986-cı il təvəllüdlü Aygün Həsənova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 28 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, A.Həsənova ağ ciyərin qanaxması nəticəsində ölüb. Onun ağ ciyərinin hansı səbəbdən zədələnməsi və digər suallar ətrafında araşdırma aparılır.(Lent.az)
Bağla X