03:54
(077) 610-22-33

Xaricdə 170 kişini QİÇS-ə yoluxduran azərbaycanlı deportasiya oluna bilər

  • >
3 555 4 Aprel 2014 11:29 | Hadisə

Türkiyədə 170 kişiyə QİÇS xəstəliyini yaymaqda təqsirli bilinən azərbaycanlı qadın Azərbaycana deportasiya edilə, yaxid da bu ölkədə həbs edilə bilər.

Bu sözləri Mövqe.az-a açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib ki, bu həmin qadınla sorğu-sualdan aparılan istintaq hərəkətlərindən sonra məlum olacaq: "Ola bilər ki, həmin qadın insan alverinin qurbanıdır. Belə halda o, Azərbaycana deportasiya edilə bilər. Yaxudda həmin qadın cinsi münasibətdə olarkən QİÇS xəstəsi olduğunu bilməyərək həmin kişilərlə cinsi əlaqədə olduğunu söyləsə ona cəza kəsilməyəcək. Ola bilər ki, qadın buna zorla məcbur edilib. Belə halda da onu sərt cəza gözləmir. Amma QİÇS xəstəsi olduğunu bilə-bilə bu əməli törətdiyi təsdiqlənərsə, həmin qadın türk cəza qanunları ilə mühakimə olunacaq".

Qeyd edək ki, Türkiyənin Batman vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadın saxlanılıb. Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, həkim müayinəsi zamanı qadınlardan birinin QİÇS xəstəsi olduğu aşkarlanıb. Azərbaycan və Gürcüstandan olan qadınlar polisə verdikləri ifadədə birlikdə olduqları 170 nəfərin adını çəkiblər. Onlardan bəzisinin aşkarlanaraq həkim müayinəsinə cəlb olunduğu bildirilsə də, bəzisinin hələ də axtarışda olduğu qeyd edilib.

AzNews.az
Bağla X