“Azpetrol” kart qalmaqalına aydınlıq gətirdi


"Bunun günahı bizdə deyil, quraşdırılan sistemdə olub. Sistemi isə əməkdaşlıq etdiyimiz banklar tərəfindən quraşdırıb". Bunu AzNews.az-a açıqlmasında "Azpetrol" Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu deyib. O bildirib ki, mediada şirkətə məxsus yanacaqdoldurma məntəqələrində kart sistemin işləməməsi ilə bağlı yazılar dərc olunub. Bununla bağlı araşdırma aparılıb: "Artıq müvaffiq banklarla apardığımız işlər nəticəsində bu problem aradan qaldırılıb. Hazırda şirkətə məxsus bütün yacaqdoldurma məntəqələrində kart sistemi işləyir və bununla bağlı heç bir problem yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl AzNews.az-a daxil olan məlumata görə, "Azpetrol"un "Nobel" prospektindəki yanacaqdoldurma məntəqəsində mübahisə yaranıb. Sürücü ilə yanacaqdoldurma məntəqəsinin əməkdaşı arasında baş verən mübahisəyə səbəb kart vasitəsilə ödənişin aparılmasında problemin yaranması olub.

Amid
AzNews.az