09:06
(077) 610-22-33

“Atəşgah“ niyə söndü? - “Azəriqaz”dan açıqlama

  • >
816 4 Aprel 2014 13:19 | Hadisə


Suraxanı rayonunda yerləşən "Atəşgah" Od Məbədinin əbədi məşəlinin sönməsi ilə bağlı AzNews.az-da gedən xəbərə reaksiya gəlib.
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, məsələ ilə bağlı Suraxanı rayon Qaz-İstismar İdarəsi ilə əlaqə saxlanılıb və problemin mövcud olub-olmaması araşdırılıb: "Məlum olub ki, məbədə qazın verilişində heç bir fasilə yaranmayıb və xətlərin qəza olması barədə deyilənlərin əsası yoxdur".

Xatırladaq ki, saytımızda gedən xəbərə görə, Suraxanı rayonunda yerləşən "Atəşgah" Od Məbədinin əbədi məşəl söndürülüb. Ötən gün məbədi ziyarət edən AzNews.az-ın əməkdaşı hadisənin şahidi olub. Məbəd işçiləri əməkdaşımıza bildirib ki, alovun söndürülməsi aparılan restavrasiya işləri ilə bağlıdır. Adının çəkilməsini istəməyən məbəd işçisi bildirib ki, bununla bağlı yeni layihə hazırlanır. Layihəyə əsasən, məbədin alovunun mənbəyi ilkin variantına - 18-ci əsrdə olduğu şəkilə qaytarılacaq. "Atəşgah" abidə kompleksinin direktoru Rəşid Babayi isə deyib ki, bu restavrasiya işləri ilə deyil, Suraxanı rayonu Qaz-İstismar Sahəsinə məxsus xətlərdə qəza olduğu üçün alov sönüb.

AzNews.az
Bağla X