05:48
(077) 610-22-33

İlqar Cahangirlə bağlı prezidentə müraciət edildi

  • >
1 073 9 Aprel 2014 13:24 | Hadisə

Oda Teatrı aktyoru, əməkdar artist İlqar Cahangirin Nəqliyyat Departamentinin işçiləri tərəfindən hücuma məruz qalması ilə əlaqədar aidiyyəti qurumlara, ölkə prezidenti İlham Əliyevə müraciət edib.

Teatrdan verilən xəbərə görə, İlqar Cahangir bu gün səhər saatlarında Beynəlxalq Avtovağzalda Nəqliyyat Departamenti işçilərinin bir sürücüyə qarşı zorakılıq tətbiq etdiklərini şəxsi telefonunun yaddaşına çəkərkən həmin dövlət qurumu işçiləri tərəfindən hücuma məruz qalıb. Departament işçiləri tərəfindən təhqir olunan aktyorun telefonu əlindən alınıb, daha sonra telefonu geri qaytarılsa da yaddaş kartı götürülüb. Aktyorun kobud rəftar, hədə və təhqirlərə məruz qalması ilə əlaqədar teatr aidiyyəti qurumlara rəsmi müraciət edib, məktublar göndərib:

"Tanınmış aktyorun, eyni zamanda bir vətəndaşın dövlət qurumu işçiləri tərəfindən insaniyyətdən uzaq rəftarlara məruz qalması yolverilməzdir. Oda Teatrı olaraq teatrımızın əsas aktyorlarından olan İlqar Cahangirə qarşı bu rəftarı pisləyir və bu məsələ ilə bağlı ölçü götürülməsini, qanunsuzluğa yol verən şəxslərin cəzalandırılmasını tələb edirik. Vətəndaşa, xüsusən də mədəniyyət işçisinə qarşı bu cür rəftarlar adıçəkilən qurumun əməkdaşlarının özbaşınalığından xəbər verir. Məsələ ilə bağlı bütün hüquqi addımlar atılacaq".
Bağla X