12:54
(077) 610-22-33

Sosiskasından “qurd” çıxan şirkətə “Halal qida” sertifikatı verildi- SİYAHI

  • >
907 10 Aprel 2014 14:00 | Hadisə

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 4 şirkətə "Halal qida" sertifikatı verib. Modern.az saytı xəbər verir ki, bu barədə adə çəkilən komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsalı edəcək 4 şirkət aşağıdakılardır:

1. "Hakan Foods" FF Co. LTD müəssisəsi - "Kral" və "Yeni dad" nişanlı məhsullar;
2. "Səhliyalı" kiçik müəssisəsi - "Min bərəkət, halal nemət" nişanlı məhsullar;
3. "M T" LTD firması - "Hacı Turqay" nişanlı məhsullar;
4. "Zəhmət Ruzi" MMC - "SAB" nişanlı məhsullar.

F.Talıblı deyib ki, hazırda "Halal" standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edən digər müəssisələrdə araşdırma davam edir.

Komitə rəsmisi deyib ki, AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində "halal" sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, bir neçə gün öncə "Səhliyalı" şirkətinin "Min bərəkət, halal nemət" markalı "Sacüstü" sosislərinin içindən qurda oxşayan çürümüş kağıç parçası çıxmışdı. Bu olayın şəkilləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu.

AzNews.az
Bağla X