13:24
(077) 610-22-33

Nazir həlak olmuş hərbi qulluqçular barəsində göstəriş verdi

  • >
1 856 1 Avqust 2014 17:06 | Hadisə

Döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən müvafiq göstəriş verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müdafiə nazirinin tapşırığına əsasən yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

Hazırda xüsusiləşdirilmiş tibbi yardıma ehtiyacı olan yaralıların Silahlı Qüvvələrin tibb müəssisələrinə təxliyyə olunması üçün tədbirlər görülür.
Z.Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!

Qeyd edək ki, işğalçı Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

AzNews.az
Bağla X