01:10
(077) 610-22-33

İstirahət günləri Azərbaycanda 9 nəfər suda boğularaq öldü

  • >
804 4 Avqust 2014 12:24 | Hadisə

Avqustun 2-də və 3-də Azərbaycanda 9 nəfərin suda boğularaq ölməsi faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şənbə günü, avqustun 2-də Qazax rayonu Çaylı kənd sakini Pərvanə Cibişova, onun qızları Aytən, Gülmira və oğlu Rafiq Aslanbəyli kəndinin ərazisindən keçən Kür çayına yıxılaraq boğulublar. P.Cibişovanın meyiti Yuxarı Salahlı kəndinin ərazisində sudan çıxarılıb, digərlərinin axtarışı davam etdirilir.

Həmin gün Neftçala rayonu Xıllı qəsəbə sakini Samit Əhmədov Kür çayında çimərkən boğulub.

Onun meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Bazar günü, avqustun 3-də Hacıqabul rayon sakini Əlizaman Hüseynov Şüvəlan çimərliyində çimərkən suda boğulub. Onun meyiti dənizdən çıxarılıb.

Avqustun 3-də Göyçay rayonu Cəyirli kəndinin ərazisində Kürdşaban kənd sakini Şamil Allahverdiyev ehtiyatsızlıqdan Şirvan kanalına yıxılıb və suda boğulub. Onun meyiti Şirvan kanalının Mollahacılı kəndi ərazisindən keçən hissəsində sudan çıxarılıb.

Həmin gün Lənkəran rayonu Sovu kəndinin ərazisində Şağlaküçə kənd sakini Rəvan Muradov və Lerik rayon sakini Azər Muradov Lənkəran çayında çimərkən suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.

AzNews.az
Bağla X