17:42
(077) 610-22-33

“Ermənilər təlaş içindədir” - Cəbhədəki hərbçilərimizdən xəbər var

  • >
2 118 9 Avqust 2014 09:44 | Hadisə

Bir qrup jurnalist hazırda Qazax, Tovuz və Gədəbəy rayonlarının ön cəbhəsi ilə yaxın ərazilərində ezamiyyətdədir. AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün jurnalist qrupu Qazaxda “N” saylı hərbi hissədə olub.


Hərbi hissənin rəhbərliyi ilə söhbətdən məlum olub ki, erməni silahlı birləşmələri bu bölgəni tez-tez atəşə tuturlar. Ermənilər həmin kəndləri atəşə tutmaqla ictimai binalar və yaşayış evlərinə xəsarət verirlər. Lakin atəşkəsi pozduqları halda ciddi şəkildə cavablarını alırlar. Düşmən hər dəfə böyük itkilər verərək geri çəkilir. Qeyd edək ki, bölgənin bəzi kəndləri rəmas xəttinə çox yaxındır.

Hərbçilərimiz deyirlər ki, son hadisələrdən sonra ermənilər təlaş içindədirlər..

Qazax rayon icra başçısının müavini Tahir Musayev bildirib ki, son günlər əhali arasında vətənpərvərlik duyğusu yüksəlib. Qazaxda hərbi xidməti bitirmiş gənclər yenidən orduda qulluq üçün müraciət edirlər. T.Musayev deyib ki, onlara hətta yaşı 50-60 yaşdan yuxarı insanlar da müraciət edirlər. "Ordunun gücü yetərincədir, ona görə də buna ehtiyac yoxdur".

Yalan xəbərlərin ötürülməsi məsələsini diqqətə çəkən müavin bildirib ki, öz xətti ilə bura gəlmiş bəzi jurnalistlər atəşkəsin pozulma hallarını şişirdirlər. "Halbuki, əhali buna öyrəşib və bu, onları narahat etmir. Ən böyük yalansa kəndlərin boşaldılması xəbəridir".

T.Musayevin sözlərin görə, bəzi saytlara inzibati qaydada ciddi xəbərdarlıq edilməsinə ehtiyac var.

Ramil Məmmədli-Qazaxın Balacəfərli kəndi
AzNews.az
Bağla X