- Köhnə - Hadisə
- 11 Sentyabr 2012 21:34
- 2 499
Yol qəzasında iki nəfər öldü
Lənkəran rayonu istiqamətində hərəkətdə olan Astara rayonunun Siyakü kənd sakini, 22 yaşlı Rəşad Dadaşovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Lerik rayon sakini, 45 yaşlı Faiq Həmidovun idarə etdiyi "Hyundai" markalı avtomaşınla toqquşub.
Güclü zərbənin təsirindən "VAZ-2106" –nın sürücüsü və avtomaşında olan sərnişin, Astaranın Siyakü kənd sakini, 18 yaşlı Elvin Salayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişiblər. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az