22:31
(077) 610-22-33

RATİ-nin mühasibi istintaqa çağrıldı

  • >
431 20 Avqust 2014 13:23 | Hadisə

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mühasibi Tanya Kryuckina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.


AzNews.az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna İnstitutun hüquqşünası Günay İsmayılova məlumat verib. Hüquqşünas bildirib ki, mühasib avqustun 21-i saat 10-da istintaq idarəsində olmalıdır.

RATİ-nin hüquqşünası Günay İsmayılova da 6 gün əvvəl, avqustun 14-də Baş Prokurorluqda ifadə verib. Şahid qismində ifadə verəndən sonra hüquqşünasın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda yerləşən iki ofisində axtarış aparıb. Ofisdən kompüter və sənədlər götürülüb. Üç gün sonra isə ofisin qapıları möhürlənib. Hazırda İnstitut işini dayandırıb.

Həmin gündən RATİ-nin direktoru Emin Hüseynov və qardaşı, blogger Mehman Hüseynovla əlaqə kəsilib, bu günə qədər onların harada olduğu bəlli deyil.

AzNews.az
Bağla X