07:51
(077) 610-22-33

Paytaxtda faciə-Gənc qız və oğlan binadan düşərək öldü

  • >
2 213 21 Avqust 2014 09:04 | Hadisə

Bakıda 27 yaşlı qız yaşadığı binadan yıxılaraq, dünyasını dəyişib.


Xətai rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, hadisə rayonun Əhmədli qəsəbəsində "Ordubad" kafesinin yanında baş verib.

Bu gecə saat 01:30 radələrində 1987-ci il təvəllüdlü Qəmər Hacıyeva yaşadığı binanın eyvanından yıxılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümükün olmayıb.
İlkin ehtimala görə, qız intihar məqsədi ilə özünü eyvandan atıb.
Analoji hadisə ötən gün paytaxtın Səbail rayonu ərazisində də baş verib.

Səbail rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, rayonun Bayıl qəsəbəsi Salyan şossesində tikilməkdə olan binada fəhlə işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində keçinib. Ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Amid
AzNews.az
Bağla X