02:19
(077) 610-22-33

Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü

  • >
1 872 21 Avqust 2014 12:08 | Hadisə

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb.

AzNews.az xəbər verir ki, bu barədə "Şərq"ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib.

Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: "Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq".

Qeyd edək ki, bu ilin iyunun 24-də Ə.Elçibəyin anadan olmasının 76-cı ildönümündə qayını M.Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət etmişdi: "Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir, ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?"



AzNews.az
Bağla X