11:50
(077) 610-22-33

Bakıda benzin daşıyan avtomobil partladı - Şəhər işıqsız qaldı

  • >
1 969 22 Avqust 2014 22:38 | Hadisə

Bir neçə dəqiqə əvvəl Bakıda "Dairəvi yol"da sürətlə hərəkət edən benzin daşıyan avtomobil idarəetməni itirərək aşıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aşan avtomobil alışıb.

Hadisə yerinə FHN yanğınsöndürmə briqadaları cəlb edilsə də, baş verən dəhşətli yanğının qarşısını almaq mümkün olmayıb. Yolda avtomobillərin hərəkəti dayanıb. (00:38)

***


Bakı şəhərinin xeyli hissəsində elektrik cərəyanının verilməsi kəsilib. Bu barədə şəhərin müxtəlif hissələrində, əsasən də Yasamalda yaşayan sosial şəbəkə fəalları məlumat veriblər.

Yanacaq daşıyan maşının partlaması nəticəsində başlayan yanğın bu dәqiqәlәrdә də davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib. Onun sözlərinə görə, daha müfəssəl məlumatı hadisə yerinə çatdıqdan sonra verəcək.

Musavat.com-un əməkdaşlarının hadisə yerindən bildirdiklərinə görə, Bakı Dairәvi Yolunun Badamdardan keçən hissəsində, maşın bazarının qarşısından keçәn yolda yanacaq daşıyan avtomobil yanır. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb, Binәqәdi, Abşeron, Sәbail, Xәzәt rayonlarının elektrik enerjisi ilә tәminatında problemlәr var.

Bir versiyaya görə, həmin maşın məhz yüksək gərginlikli xəttə toxunduğuna görə alışıb.
Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.
Bağla X