20:35
(077) 610-22-33

Erməni Azərbaycana keçməsinin səbəbini dedi

  • >
1 314 26 Avqust 2014 19:18 | Hadisə

Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı musavat.com saytı yayıb. Məlumata görə, 53-54 yaşlı kişi Kəmərli sakini Adıgözəl Dursunovun həyətində tutulub.

Məlumatda əlavə olaraq bildirilir: "Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə 3-4 nəfər erməni də Azərbaycana kecmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı,soyadı dəqiqləşdirilir."

Saytın müxbirini əsir götürülən erməniyə yaxın buraxmayıblar. Adıgözəl Dursunov bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar.



AzNews.az
Bağla X