- Köhnə - Hadisə
- 22 Sentyabr 2012 09:28
- 3 132
“Binə” Ticarət Mərkəzində dava - iki nəfər yaralanıb
Sürücü “Kamaz” maşınını satıcıların üstünə sürüb, iki nəfər, o cümlədən bir azyaşlı xəsarət alıb
Bakıda fəaliyyət göstərən "Binə" Ticarət Mərkəzində insident baş verib. Bu barədə APA-ya hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün "Kamaz" markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır.
Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb. İnsidentin səbəbləri araşdırılır.
AzNews.az