“Lider” televiziyasında yayımlanan çoxserialı “Əli və Teo” filmində Azərbaycan bayrağına qarşı hörmətsizlik olub. “Lider” televiziyasında yayımlanan çoxserialı “Əli və Teo” filmində Azərbaycan bayrağına qarşı hörmətsizlik olub.

Azərbaycan serialında bayrağımıza qarşı hörmətsizlik - VİDEO

“Lider” televiziyasında yayımlanan çoxserialı “Əli və Teo” filmində Azərbaycan bayrağına qarşı hörmətsizlik olub.



AzNews.az xəbər verir ki, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan serialın 3-cü bölümünün 20-ci dəqiqəsindəki kadrlarda Azərbaycan bayrağı tərsinə asılıb. Azərbaycan bayrağından göy rəng birinci olduğu halda serialda yaşıl rəng birinci olaraq göstərilib.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın tərsinə asılması hörmətsizlik və bayrağa qarşı təhqir hesab edilir.

Qeyd edək ki, film Lider televiziyası və "Brend House Production"-la birgə çəkilib. Qruluşçu rejissor Levon Kitia və Notar Şamatavadır. Serial Gürcüstan və Azərbaycanda çəkilib. Filmdə hər iki ölkənin məşhur aktyorları rol alıb.







Gültəkin ƏLƏSGƏR
AzNews.az