04:22
(077) 610-22-33

Şirvanda ağır yol qəzası - xəsarət alanlar var (FOTOLAR)

  • >
4 727 3 Mart 2015 17:05 | Hadisə

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.



AzNews.az xəbər verir ki, bu barədə məlumat Şirvan polis şöbəsindən APA-ya verilib.

Məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1996-cı il təvəllüdlü Həsənov Miradil Mirdadaş oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KA 367 dövlət nömrə nişanlı avtomobili təhlükəli dönmə əməliyyatı yerinə yetirərkən həmyerlisi, 1992-ci il təvəlüdlü Əliyev Nurlan Nazim oğlunun idarə etdiyi KamAZ markalı 54 BE 917 dövlət nömrə nişanlı avtomobilə çırpıb.

Zərbənin gücündən VAZ 2107-nin sürücüsü avtomobilin pəncərəsindən yola düşüb. Nəticədə o, ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
image description image description image description image description
Bağla X