06:20
(077) 610-22-33

Sabah Yerdə təlatüm olacaq

  • >
2 145 13 Mart 2015 18:44 | Hadisə

Martın 11-də Günəşdə baş verən güclü partlayışlar sabah Yerə çatacaq

Sabah yerdə zəif maqnit təlatümləri ola bilər.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, martın 11-də Günəşdə güclü partlayışlar baş verib. Onun sözlərinə görə, Günəşin Rentgen şüalarında güclü alışma baş verib və onun gücü qırmızı şkalaya düşüb: "Amma partlayış Günəş diskinin ortasında olmadığından partlayış birbaşa yerə tərəf tuşlanmayıb.

Ona görə də demək olar ki, zəif maqnit təlatümləri gözlənilir. Günəşdə güclü partlayış martın 11-də qeydə alınıb və onun təsiri 3 gündən sonra özünü göstərir. Buna əsasən deyə bilərik ki, bu partlayışlar sabah yerə çatacaq və yerdə zəif maqnit təlatümləri yaradacaq".
Bağla X