20:41
(077) 610-22-33

Azərbaycan tankları hücuma keçdi – Nazir döyüş hazırlığını yoxladı

  • >
1 736 19 Mart 2015 11:58 | Hadisə

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb.



Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.
Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan Müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.

image description image description image description image description image description image description image description image description image description image description image description
Bağla X