07:13
(077) 610-22-33

Xırdalan, Gədəbəy və Lənkəranda yanğın

  • >
1 500 21 Mart 2015 12:04 | Hadisə

Abşeron rayonu Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.



AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Slavyanka kəndində də evdə yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran şəhərində isə fitnes zalında yanğın olub. Vətəndaşa məxsus, ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bağla X