- Köhnə - Hadisə
- 27 Mart 2015 13:23
- 5 413
Ordumuz şəhid verdi
Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub.
AzNews.az xəbər verir ki, bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən daxil olan məlumatda deyilir: "Müdafiə Nazirliyi Mətbuat xidməti faktı təsdiq edir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.