Cəlilabadda ağır yol qəzası baş verib. Cəlilabadda ağır yol qəzası baş verib.

Cəlilabadda ağır qəza- Sürücülər yaralandı

Cəlilabadda ağır yol qəzası baş verib.



"Qafqazinfo"nun məlumatına görə, hadisə Cəlilabad -Astanlı avtomobil yolunun Fərzili kəndindən keçən hissəsində baş verib. Rayonun Cəngan kənd sakini Ağayev Camal Əlibala oğlu sükanı arxasında olduğu "VAZ 21011" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn rayonun Fərzili kənd sakini Feyziyev Əli Rüstəm oğlunun idarə etdiyi eyni markalı maşınla toqquşub.

Qəza zamanı avtomobillər yararsız hala düşüb, eləcə də hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayonu Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, sürücülərin vəziyyəti ağır olaraq qalır.