20:04
(077) 610-22-33

3 rəis işdən çıxarıldı - Gömrükdə

  • >
15 322 13 May 2015 18:06 | Hadisə

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb.

AzNews.az xəbər verir ki, DGK-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir.

Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır (bu kəndin ən məşhur sakinlərindən biri olan iş adamı Hacı İbrahim Nehrəmli də bu gün saxlanılıb).

Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.
Bağla X