05:26
(077) 610-22-33

Bakıda jurnalist intiharı - FOTO

  • >
3 768 18 May 2015 14:09 | Hadisə

Azərbaycanlı jurnalist intihara cəhd edib. Səbinə Haşımova özünü öldürməyə cəhd göstərib.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, özünə qəsd edən Səbinə çoxlu həb içib. O, anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul edib.

Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas etmək mümkün olub.

Jurnalist hazırda 1 saylı şəhər Kliniki Xəstəxananın toksikologiya şöbəsindədir. Jurnalist səhər saat 11 radələrində həmin xəstəxanaya aparılıb və mədəsi yuyulub.


Həkimlər bununla zəhərlənmənin qana keçməsinin qarşısını alıblar. Hazırda xanım jurnalistin vəziyyəti yaxşıdır.

Özünü öldürmək istəyən jurnalist dünən sosial şəbəkədə KİV-lərə müraciət paylaşıb. Onun yazdığına görə, müstəqil işini qurmaq üçün faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: "Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı".

Ancaq qarşı tərəf onun 18 min manat borclu olduğunu bildirərək polisə müraciət edib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003 cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xezer telekanallarında jurnalist olaraq çalışıb.
image description image description image description image description
Bağla X