Dünən Rioda keçirilən olimpiya oyunlarının qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan Olimpiya çempionu tituluna sahib olub. Dünən Rioda keçirilən olimpiya oyunlarının qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan Olimpiya çempionu tituluna sahib olub.

Erməni idmançı çempion oldu - Məşqçisi azərbaycanlı məmurun gəlinidir

Dünən Rioda keçirilən olimpiya oyunlarının qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan Olimpiya çempionu tituluna sahib olub.


AzNews.az xəbər verir ki, erməni mənşəli Rusiya idmançısı finalda öz həmyerlisi Sofiya Velikayanı məğlub edib (15-14).

Qeyd edək ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılınoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Azərbaycan yığmasının tərkibində Dünya və Avropa çempionu Jemayevanın həyat yoldaşı Rusiya qılıncoynatma yığmasının baş məşqçisi İlqar Məmmədovdur. İ.Məmmədov 1988-ci il Seul Olimpiya Oyunlarının qalibidir.

Onu da bildirək ki, Rioda qalib gələn erməni əsilli qılıncoynadanın məşqçisi Yelena Jemayevanın qayınatası Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovdur.

AzNews.az