06:17
(077) 610-22-33

“Qəbələ”də qrup mərhələsində - Yenilənib

  • >
3 316 26 Avqust 2016 00:14 | İdman

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.


AzNews.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Qəbələ" də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun komandası Sloveniyada "Maribor"un qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa aşkar üstünlüklə çıxacaq. Komandamızın ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək üçün yaxşı şansı var.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan)

İlk oyun -1:3

Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. "Lyusdki Vrt"

22:29
***

"Maribor"un futbolçusu Tavares hesabı açdı.

23:46
***

Oyun "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

"Qəbələ" 0:1 uduzmağına baxmayaraq, ötən oyunun nəticəsinə əsasən (3:1) qrup mərhələsinə keçir.
Bağla X